Çempionlar Liqasında V tura yekun vurulub. Fanat.Az xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan kollektivlər üz-üzə gəlib.
A qrupunda bu turadək 1/8 finala çıxan komandalar müəyyənləşmişdi. Növbəti mərhələyə vəsiqəni təmin edən "Arsenal" və PSJ Londonda liderlik görüşünə çıxmışdı. Oyun 2:2 hesabı ilə yekunlaşıb. Avroliqaya vəsiqə verən üçüncü yer uğrunda yarışan “Ludoqorets”lə “Bazel”in oyunu da "sülh"lə bitib - 0:0.
B qrupunda bu turda da növbəti mərhələyə vəsiqələrin taleyinə aydınlıq gəlməyib. "Benfika"nı qəbul edən "Beşiktaş" ilk yarıda 0:3 hesabı ilə geri düşsə də, sonda bir xal qazanıb - 3:3. “Napoli” isə autsayder “Dinamo”nu (Kiyev) evdə yenərək növbəti mərhələyə çıxmaq şansını əldən verib - 0:0. Beləliklə, "Dinamo" Avroliqa şansını da itirib, qalan 3 komanda isə hər şeyi son tura saxlayıb.
C qrupunda “Mançester Siti” “Borussiya” ilə "sülh"ə razılaşıb - 1:1. Buna baxmayaraq, Pep Qvardiolanın komandası1/8 finala vəsiqə qazanıb. Çünki "Barselona" səfərdə "Seltik"i yenərək həm özünün, həm də sabiq komandasının işini həll edib.
D qrupunda növbəti mərhələyə hər iki vəsiqənin taleyi bundan əvvəl həll olunmuşdu. "Atletiko" evdə PSV-ni 2:0 hesabı ilə yenərək son turu gözləmədən liderliyini rəsmiləşdirib. 1/8 finala vəsiqəni təmin etmiş "Bavariya" isə səfərdə "Rostov"a yenilib - 2:3.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
23 noyabr
A qrupu
Arsenal (İngiltərə) - PSJ (Fransa) 2:2
Qollar: Qrioud, 45+1. Varratti, 60 (avtoqol) - Kavani, 18. Lukas, 77.
Ludoqorets (Bolqarıstan) - Bazel (İsveçrə) 0:0
| 1 | Arsenal | 5 | 3 | 2 | 0 | 14-5 | 11 |
| 2 | PSJ | 5 | 3 | 2 | 0 | 11-5 | 11 |
| 3 | Bazel | 5 | 0 | 2 | 3 | 2-8 | 2 |
| 4 | Ludoqorets | 5 | 0 | 2 | 3 | 4-13 | 2 |
B qrupu
Beşiktaş (Türkiyə) - Benfika (Portuqaliya) 3:3
Qollar: Cenk Tosun, 58. Kuareşma, 83-pen. Abubakar, 89 - Quedes, 10. Semedo, 25. Fesya, 31.
Napoli (İtaliya) - Dinamo (Kiyev, Ukrayna) 0:0
| 1 | Napoli | 5 | 2 | 2 | 1 | 9-7 | 8 |
| 2 | Benfika | 5 | 2 | 2 | 1 | 9-8 | 8 |
| 3 | Beşiktaş | 5 | 1 | 4 | 0 | 9-8 | 7 |
| 4 | Dinamo K | 5 | 0 | 2 | 3 | 2-6 | 2 |
C qrupu
Borussiya (Münhenqladbax, Almaniya) - Mançester Siti (İngiltərə) 1:1
Qollar: Raffael, 23 - Selva, 45+1.
Seltik (Şotlandiya) - Barselona (İspaniya) 0:2
Qollar: Messi, 24; 55-pen.
| 1 | Barselona | 5 | 4 | 0 | 1 | 16-4 | 12 |
| 2 | Mançester Siti | 5 | 2 | 2 | 1 | 11-9 | 8 |
| 3 | Borussiya M | 5 | 1 | 2 | 2 | 5-8 | 5 |
| 4 | Seltik | 5 | 0 | 2 | 3 | 4-15 | 2 |
D qrupu
Rostov (Rusiya) - Bavariya (Almaniya) 3:2
Qollar: Azmoun, 44. Poloz, 49. Noboa, 67 - Kosta, 35. Bernat, 52.
Atletiko (İspaniya) - PSV (Hollandiya) 2:0
Qollar: Qameyro, 55; 66.
| 1 | Atletiko | 5 | 5 | 0 | 0 | 7-1 | 15 |
| 2 | Bavariya | 5 | 3 | 0 | 2 | 13-6 | 9 |
| 3 | Rostov | 5 | 1 | 1 | 3 | 6-12 | 4 |
| 4 | PSV | 5 | 0 | 1 | 4 | 4-11 | 1 |
Fanat.Az