İstanbulda bərabərlik, “Bavariya” uduzdu

İstanbulda bərabərlik, “Bavariya” uduzdu

UEFA Çempionlar Liqasında II tura yekun vurulub. Fanat.Az xəbər verir ki, A, B, C və D qruplarında yer alan kollektivlər münasibətlərini ayırd ediblər.

Türkiyə təmsilçisi “Beşiktaş” Kiyev “Dinamo”su ilə görüşdə önə keçsə də, qələbə hesabını qoruya biləməyib. “Seltik” – “Mançester Siti” duelində 6 qol qeydə alınıb – 3:3. “Atletiko” Madriddə “Bavariya”nı tək qolla üstələyib. “Napoli” isə “Benfika”nın qapısından 4 top keçirib.

Qeydə alınan nəticələri və turnir cədvəllərindəki son durumu diqqətinizə çatdırırıq.

Çempionlar Liqası

Qrup mərhələsi

II tur

 

A qrupu

“Arsenal” (İngiltərə)  – “Bazel” (İsveçrə) 2:0

Qollar: Uollkot, 7, 26

 

“Ludoqorets” (Bolqarıstan) – PSJ (Fransa) 1:3

Qollar: Natanyel, 16 - Matuidi, 41, Kavani, 55, 60

 

1.PSJ21104:24

2.Arsenal21103:14

3.Ludoqorets20112:41

4.Basel20111:31

 

 

B qrupu

“Beşiktaş” (Türkiyə) – “Dinamo” (Kiyev, Ukrayna) 1:1

Qol: Quarejma, 29 - Züqankov, 65

 

“Napoli” (İtalya) – “Benfika” (Portuqaliya) 4:2

Qollar: Hamşik, 20, Mertens, 51, 58, Milik, 54 - Quedes, 71, Salvio, 86

 

1.Napoli22006:36

2.Beşiktaş20202:22

3.Dinamo 20112:31

4.Benfika20113:51

 

 

C qrupu

“Borussiya” (Münhenqladbax, Almaniya) – “Barselona” (İspaniya) 1:2

Qollar: Azar, 34 - Arda, 65, Pike, 74

 

“Seltik” (Şotlandiya) – “Mançester Siti” (İngiltərə) 3:3

Qollar: Dembele, 3, 47, Sterlinq, 20 (öz qapısına),  - Fernandinyo, 12, Sterlinq, 28, Nolito, 55

 

1.Barselona22009:16

2.Mançester Siti21107:34

3.Seltik20113:101

4.Borussiya M.20021:60

 

 

 

D qrupu

“Atletiko” (İspaniya) – “Bavariya” (Almaniya) 1:0

Qol: Karrasko, 35

 

“Rostov” (Rusiya) – PSV (Hollandiya) 2:2

Qollar: Poloz, 8, 37 - Propper, 14, de Yonq, 45+1

1.Atletiko22002:06

2.Bavariya21015:13

3.PSV20112:31

4.Rostov20112:71

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər