Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə Avropa Olimpiya Təsnifat turnirinin ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb. Fanat.az xəbər verir ki, yığmamız turnirdə iki qızıl medal qazanıb.
49 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova finalda serb Tiyana Boqdanoviçə 6:5 hesabı ilə qalib gələrək "qızıl"a sahib çıxıb.
80 kq-da yarışan Milad Beiqi Harçeqani isə həlledici döyüşdə polşalı Pyotr Pazinskini 14:2 hesabı ilə yenərək fəxri kürsünün ən yüksək pilləinə yüksəlib.
Qeyd edək ki, hər iki idmançımız finala çıxmaqla Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yarışın ilk günündə Fəridə Əzizova qalib adını qazanmışdı.
Fanat.az