İstanbul klubunun adı və baş məşqçisi dəyişir

İstanbul klubunun adı və baş məşqçisi dəyişir

Yenidən Türkiyə Super Liqasına qayıdan "İstanbul Böyükşəhər Bələdiyyəspor" böyük dəyişikliklərə gedir. Fanat.az xəbər verir ki, klubun sponsoru, adı və loqosu dəyişdirilir.

Tezliklə klub İstanbul Böyükşəhər Bələdiyyəsinin tərkibindən çıxacaq və "İstanbul Başakşəhərspor" adlanacaq. 

Artıq klub rəhbərliyi yeni baş məşqçi də tapıb. "İstanbul Başakşəhərspor"u Türkiyə millisinin sabiq çalışdırıcısı Abdullah Avcı olacaq. O, yığma komandaya məhz "İstanbul BB"dən getmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər