İstanbul derbisini "Fənər" qazandı - VİDEO

İstanbul derbisini "Fənər" qazandı - VİDEO
Türkiyə Super Liqasında növbəti İstanbul derbisi baş tutub. Fanat.az xəbər verir ki, bu gecə "Beşiktaş"la "Fənərbaxça" qarşılaşıb.
İlk İstanbul derbisində "Qalatasaray"a 1:2 hesabı ilə yenilən "Fənər" bu dəfə qələbə qazanıb - 2:0. Hesabı 3-cü dəqiqədə Emmanuel Emenike açıb. 43-cü dəqiqədə qırmızı vərəqə alan Olcay Şahan qırmızı vərəqə alaraq "Beşiktaş"ı azlıqda qoyub. 86-cı dəqiqədə isə Mussa Sov ikinci topu rəqib qapısından keçirib.
Bu qələbədən sonra "Qalatasaray"la xallarını bərabərləşdirən (16) "Fənərbaxça" top fərqinə görə liderliyi ələ alıb. "Beşiktaş" isə 14 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər