İstanbul derbisində 1:1 - VİDEO

İstanbul derbisində 1:1 - VİDEO

Türkiyə Super Liqasında IX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, bu gün mövsümün ilk İstanbul derbisi baş tutub.

Derbidə "Fənərbaхça" "Qalatasaray"ı qəbul edib. Hesabı 37-ci dəqiqədə meydan sahiblərindən Dieqo Ribas açıb. 84-cü dəqiqədə isə Olcan Adın bərabərliyi təmin edib. Oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 8 oyun keçirmiş "Beşiktaş" başçılıq edir - 19 хal. Aktivində 18 хal olan "Qalatasaray" və "Fənərbaхça" 2-3-cü pillələri bölüşür.

Fənərbaxça - Qalatasaray 1:1

Qollar: Dieqo Ribas, 37 - Olcan Adın, 84.

Fənərbaxça: Volkan Demirel, Gökhan Gönül, Simon Kyaer, Abdulaye Ba, Caner Erkin, Mehmet Topal, Jozef de Souza, Nani, Laar Markoviç (Alper Potuk, 88), Ribas Dieqo (Raul Meyreleş, 79), Robin van Persi (Fernandao, 63).

Baş məşqçi: Vitor Pereyra.

Qalatasaray: Fernando Muslera, Sabri Sarıoğlu, Aurelien Şedyu, Hakan Balta, Lionel Karole (Olcan Adın, 41), Bilal Kısa, Selcuk İnan, Yasin Öztekin, Uesli Sneyder, Lukas Podolski (Sinan Gümüş, 78), Umut Bulut (Burak Yılmaz, 90).

Baş məşqçi: Hamza Hamzaoğlu.

Sarı vərəqələr: Dieqo Ribas, 38. Mehmet Topal, 40. Jozef De Souza, 58 - Aurelien Çedyu, 27. Hakan Balta, 38. Uesli Sneyder, 58. Fernando Muslera, 90.

Hakimlər: Fırat Aydınus, Aleks Taşçıoğlu, Arkın Akgöl.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər