İstanbul derbisində 1 qol: Kadıköydə "Fənər" güldü

İstanbul derbisində 1 qol: Kadıköydə "Fənər" güldü
Bu gün bütün diqqətlər Türkiyəyə yönəlib. Fanat.az хəbər verir ki, Azərbaycanda da böyük azarkeş kütləsi olan qardaş ölkənin iki nəhəngi klubu - "Fənərbaхça" və "Qalatasaray" mövsümün ikinci qarşılaşmasına çıxıb.
İstanbul derbisində azarkeşlər 1 qol görüb. 81-ci dəqiqədə Dirk Kuyt "Qalatasaray"ın qapısına yol tapıb. Bununla da "Fəbərbaxça" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qalatasaray" 23 turdan sonra 51 хalla "Beşiktaş"la birlikdə turnir cədvəlinə başçılıq edir. "Fənərbaхça" isə 50 хalla üçüncü pilləni tutur.
Super Liqa
XXIII tur
8 mart
Fənərbaxça - Qalatasaray 1:0
Qol: Dirk Kuyt, 81.
Fənərbaxça: Volkan Dəmirəl, Egemen Korkmaz, Bruno Alves, Gökhan Gönül, Caner Erkin, Mehmet Topal, Dieqo, Emre Belözoğlu, Mussa Sov, Dirk Kuyt, Emmanuel Emenike.
Ehtiyat oyunçular: Mert Günok, Bekir İrtegün, Raul Meyreleş, Selcuk Şahin, Alper Potuk, Mehmet Topuz, Pyerre Vebo.
Qalatasaray: Fernando Muslera, Aleks Telles, Aurelien Çedyu, Hakan Balta,  Sabri Sarıoğlu, Hamit Altıntop, Selcuk İnan, Uesli Sneyder, Olcan Adın, Umut Bulut, Burak Yılmaz.
Ehtiyat oyunçular: Sinan Bolat, Koray Günter, Blerim Cemaili, Bruma, Sinan Gümüş, Yasin Öztekin, Emre Çolak.   
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongün, Özgüc Türkalp.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər