“Beşiktaş” azarkeşlərini ulduz transferiylə sevindirmək fikrindədi. Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, Türkiyəni ÇL-də təmsil edəcək "qartallar" “Atletiko”nun hücumçusu Fernando Torresi heyətinə qatmaq istəyir.
Madrid "Atletiko"suyla olan müqaviləsinin müddəti başa çatan 33 yaşlı forvard Meksikanın “Keretaro” və Çinin “Quyçjou Çjiçen” klublarının transfer siyahısına düşsə də, Avropada oynamaq niyyətindədi. Torres bir müddət öncə "Yuventus"un hücumçusu Mario Mancukiçə illik 7 milyon maaş təklif edən (xorvat "Yuve"də qalaraq yeni müqavilə imzaladı) İstanbul klubunda çıxış etməyin əleyhinə deyil.
Fanat.Az