İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

İspaniya La Liqası: Son oyunda "Barsa" da "partladı", "Atletiko" da

İspaniya La Liqasında mövsümün sonuncu – 38-ci tur başa çatıb

Fanat.Az xəbər verir ki, son oyun günündə 3 matç baş tutub.

“Vilyarreal” öz meydanında “Sevilya”nı inamla yenib.  “Jirona” evdə “Atletiko Madrid”ə 0:4 hesabı ilə uduzubsa, çempion “Barselona” Bilbaoda “Atletik”i böyük hesabla üstələyib.

“Blauqrana” mövsümü 88 xalla zirvədə tamamlayıb. “Real Madrid” 84 xalla ikinci, “Atletiko Madrid” 76 xalla üçüncü olub. Bu üç komanda ilə yanaşı, mövsümü 70 xalla tamamlamış sonrakı iki pillənin sahibləri – “Atletik”lə “Villyarreal” da Çempionlar Liqasına vəsiqə qazanıblar. “Betis”lə “Selta” Avropa Liqasında, “Rayo Valyekano” isə Konfrans Liqasında çıxış edəcək. 40 xalla 18-ci olmuş “Leqanes”, 32 xalla 19-ci yeri tutmuş “Las Palmas” və 16 xal toplamış “Valyadolid” isə La Liqanı tərk ediblər.

İspaniya La Liqası 38-ci tur 23 may

Betis – Valensiya 1:1 Qollar: Antoni, 40 – Mir, 75.

24 may

Real Madrid – Real Sosyedad 2:0 Qollar: Mbappe, 38; 83.

Espanyol – Las Palmas 2:0 Qollar: Puado, 65. Milla, 82.

Leqanes – Valyadolid 3:0 Qollar: Ernandes, 24. Diomand, 36. Kruz, 40.

Alaves – Osasuna 1:1 Qollar: Visente, 56 - Qarsiya, 88.

Xetafe – Selta 1:2 Qollar: Mer, 11 - İqlesias, 25. Aspas, 80.

Rayo Valyekano – Malyorka 0:0

25 may

Jirona – Atletiko 0:4 Qollar: Sörlot, 68; 90; 90+3. Lanqle, 87.

Vilyarreal – Sevilya 4:2 Qollar: Pino, 4. Qeye, 8; 53. Baena, 39 – Sou, 29. R.Martines, 85.

Atletik – Barselona 0:3 Qollar: Levandovski, 14; 17. Olmo, 90+4-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər