İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə 4 matç baş tutub.

“Betis” – “Osasuna” görüşündə qalib müəyyənləşməyib. “Atletik” öz meydanında “Alaves”ə, “Leqanes” “Espanyol”a qalib gəlib. Lider “Barselona” isə Kataloniyada əzəli rəqibi “Real”ı dramatik geridönüşlə yenib. Bu, "blauqrana"nın madridlilər üzərində ardıcıl 4-cü qələbəsi olub.

Hazırda 82 xalı olan “Barselona” vahid liderdir. “Real Madrid” 75, “Atletiko Madrid” 70, “Atletik” 64, “Vilyarreal” 61, “Betis” 58, “Selta” 49 xal toplayıb.

İspaniya La Liqası 35-ci tur 9 may

Las Palmas – Rayo Valyekano 0:1 Qol: A.Qarsiya, 66.

10 may

Valensiya – Xetafe 3:0 Qollar: Pelelu, 8-pen. D.Lopes, 18. Duro, 37-pen.

Selta – Sevilya 3:2 Qollar: Moriba, 19. Minqesa, 65. İqlesias, 90+1 – Qudel, 45+8-pen. Salas, 90+8.

Jirona – Vilyarreal 0:1 Qol: Eyonq, 89.

Malyorka – Valyadolid 2:1 Qollar: Maskarell, 28. Darder, 49 – Çuki, 11.

Atletiko Madrid – Real Sosyedad 4:0 Qollar: Sörlot, 7; 10; 11; 30.

11 may

Leqanes – Espanyol 3:2 Qollar: Sisse, 33. Diomande, 41. Kumbulla, 63-öz qapısına – Kabrera, 79. Milya, 90+8.

Barselona – Real Madrid 4:3 Qollar: E.Qarsiya, 19. Yamal, 32. Rafinya, 34; 45 – Mbappe, 5-pen; 14; 70.

Atletik – Alaves 1:0 Qol: M.Sançes, 71-öz qapısına.

Betis – Osasuna 1:1 Qollar: K.Hernandes, 64 – Budimir, 75.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər