İspaniya klubu La Liqanın dayandırılmasını tələb etdi - SƏBƏB

İspaniya klubu La Liqanın dayandırılmasını tələb etdi - SƏBƏB

İspaniyanın elita təmsilçilərindən olan "Kadis" rəsmi saytı vasitəsi ilə hakim səhvlərinin ifrat həddə çatdığını vurğulayaraq ölkə çempionatının dayandırılmasını tələb edib.

Fanat.Az xəbər verir ki, sözügedən klubun bəyanatı belədir:

"İspaniya Futbol Federasiyasının yaşananlara qarşı heç bir reaksiya göstərməməsi üzücü reallıqdır. Federasiya digər aidiyyatı qurumlarla birlikdə baş verənlərə qarşı tədbir görməyənə qədər "Kadis" olaraq çempionatın dayandırılmasını tələb edirik. Əminliklə bildiririk ki, hər şeyin araşdırılması "Kadis"in gələcəkdə yeni zərbələr almasını əngəlləyə bilər".

Qeyd edək ki, ötən ilin yanvarında baş tutan "Elçe" ilə La Liqa matçından (1:1) sonra matçın 81-ci dəqiqəsində buraxdığı qolun ofsayddan vurulduğunu bildirərək "Kadis" Apellyasiya Komissiyasına şikayət etmiş, lakin istəyinə çatmamışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər