İslamiada: Dörd taekvondoçumuz mübarizəyə başlayır

İslamiada: Dörd taekvondoçumuz mübarizəyə başlayır

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün taekvondo yarışlarına start veriləcək. İlk gündə dörd idmançımız mübarizəyə qoşulacaq. Kişilərdən Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), qadınlardan isə Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq) dayanq üzərinə çıxacaqlar.

Taekvondo millisi baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədovla Sənan Həşimovun rəhbərliyi altında oyunlarda 14 idmançı ilə təmsil olunur.

Dayanq ustaları 4 gün ərzində güclərini sınayacaqlar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər