İslamiada: Azərbaycanın daha 4 taekvondoçusu mübarizəyə başlayır

İslamiada: Azərbaycanın daha 4 taekvondoçusu mübarizəyə başlayır

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd taekvondoçusu mübarizəyə qoşulacaq.

Kişilərdən Pərviz İskəndərov (63 kq) və Cavad Ağayev (68 kq), qadınlardan Patimat Abakarova (49 kq) ilə Fəridə Əzizova (67 kq) medallar uğrunda döyüşəcək.

Qeyd edək ki, taekvondo yarışlarının ilk günündə Həşim Məhəmmədov bürünc medal qazanıb. Ümumilikdə isə Azərbaycan komandası İslamiadada bu günədək 1 qızıl, 1 gümüş və 1 bürünc medal ldə edib. Baş mükafata Anna Skidan (çəkicatma), "gümüş"ə Aleksis Kapello (üçtəkanla tullanma) sahib çıxıb. İslamiada avqustun 18-dək davam edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər