İŞİD-də döyüşən azərbaycanlı çempion öldürüldü

İŞİD-də döyüşən azərbaycanlı çempion öldürüldü

Bu ilin avqust ayında İŞİD terror təşkilatına qoşulan azərbaycanlı peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub. Bu barədə Baxşəliyevin ailəsindən məlumat verilib. 

Güləşçinin ölüm xəbərini onunla birlikdə Suriyaya gedən həyat yoldaşı ailə üzvlərinə, yaxınlarına zəng edərək bildirib. Baxşəliyevin bir neçə gün öncə öldürüldüyü deyilir.

Qeyd edək ki, İsmayıllı sakini olan Rəşad Baxşəliyev peşəkar güləşçi idi. O, dəfələrlə Respublika yarışlarında yüksək nəticələr əldə edib. Suriyaya gedənədək Rəşad, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib. 

Xatırladaq ki, Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi. 

AzVision.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər