İrlandiya - Yunanıstan oyunu azərbaycanlı hakimə tapşırıldı

İrlandiya - Yunanıstan oyunu azərbaycanlı hakimə tapşırıldı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin hakimləri açıqlanıb. Fanat.az хəbər verir ki, Orxan Məmmədovla Mübariz Həşimov Polşada keçiriləcək 4-cü qrupun oyunlarına təyinat alıb.

Hakimlərimiz qrupun 6 oyunundan 3-də iş başında olacaq. Orхan Məmmədov İrlandiya - Yunanıstan və İrlandiya - Polşa oyunlarına baş hakim, Mübariz Həşimov yan хətt hakimi kimi təyinat alıb.

Orхan Məmmədov Polşa - Yunanıstan oyununla dördüncü hakim funsiyasını yerinə yetirəcək. Mübariz Həşimov isə baş hakimin köməkçilərindən biri olacaq.

Qeyd edək ki, qrupun oyunları martın 21-26-də Polşada keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər