İran Azərbaycandan nə vaxt üzr istəyəcək?

İran Azərbaycandan nə vaxt üzr istəyəcək?

İranın paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunda milli komandamız tarix yazıb.

 

İran, İsveç və Almaniyanın yer aldığı qrupdan lider kimi çıxan pəhləvanlarımız Azərbaycan güləş tarixində yeni bir səhifə açmışdı. Amma təəssüf ki, İranda Azərbaycan Respublikasının dövlət himni səslənərkən, ölkəmizin bayrağı düzgün seçilməmişdi. Azərbaycan dövlət bayrağının ulduzu yanlışlıqla 5 guşəli verilmişdi.

 

AGF-nin baş katibi Əjdər Cəfərov bunun himn səsləndiyi vaxt şahidi olduqlarını demişdi: “Himn səsləndiyi vaxt bunun şahidi olduq və himni yarımçıq saxlamamaq üçün müdaxilə edə bilməzdik. Artıq təşkilatçılar bununla bağlı bizə üzrxahlıq bildiriblər. Yaxın günlərdə rəsmi şəkildə üzrxahlıq məktubu da göndərəcəklər. Yəni bu cür hallar yolverilməzdir və belə hallara daim diqqətlə yanaşırıq”.

 

Publika.az-ın əməkdaşı üzrxahlıq məktubunun gəlib-gəlməməsini öyrənmək üçün AGF ilə əlaqə saxlayıb. Federasiyadan bildirilib ki, hələ məktub gəlməyib: "Güman ki, İranın üzrxahlıq məktubu növbəti həftə gələcək. Gələn həftəni gözləyirik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər