İPL: "Liverpol" - "Çelsi" matçında qol yağışı

İPL: "Liverpol" - "Çelsi" matçında qol yağışı
İngiltərə Premyer Liqasında 37-ci tur başa çatıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş reallaşıb.
"Mançester Yunayted" "Vest Hem"lə ev oyununda xal itirib. Tərəflər meydanı hərəyə bir qolla tərk edib. "Liverpul" - "Çelsi" qarşılaşmasında isə qol yağışı qeydə alınıb - 5:3.
 
İngiltərə Premyer Liqası
37-ci tur
 
22 iyul
"Mançester Yunayted" – "Vest Hem" - 1:1
Qollar: Qrinvud, 51 - Antonio, 45+2-pen. 
"Liverpul" – "Çelsi" - 5:3
Qollar: Keyta, 23. Aleksandr-Arnold, 38. Veynaldum, 43. Firmino, 55. Oskleyd-Çemberleyn, 84 – Jiru, 45+3. Abraham, 61. Pulişiç, 73
"Mançester Yunayted" xalını 63-ə çatdırıb və 3-cü pilləyə qalxıb. Eyni xala malik "Çelsi" 4-cüdü. 
31-ci turda çempionluğunu rəsmiləşdirən "Liverpul"un ən yaxın təqibçisi - 78 xalla 2-ci olan "Mançester Siti" isə çempionatı indiki mövqeyində bitirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər