İPL: "Çelsi" və "Liverpul" büdrədi, "şəhərlilər" qol yağdırdı

İPL: "Çelsi" və "Liverpul" büdrədi, "şəhərlilər" qol yağdırdı

Futbol üzrə İngilərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.   Lider “Mançester Siti” səfərdə “Nyukasl”ı darmadağın edib. “Vulverhempton” – “Çelsi” görüşü "quru sülh"lə bitib. “Tottenhem” isə “Liverpul”la yetərincə gərgin və maraqlı alınan dueldən xalla ayrılıb.   Bu tur keçirilməli olan “Aston Villa” – “Bernli”, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” matçları komandaların heyətlərində koronavirusa kütləvi yoluxma halları üzündən təxirə salınıb.

İngiltərə Premyer Liqası

18-ci tur

19 dekabr

Vulverhempton – Çelsi 0:0   Nyukasl – Mançester Siti 0:4 Qollar: Dias, 5. Kanselo, 27. Mahrez, 63. Sterlinq, 86.   Tottenhem – Liverpul 2:2 Qollar: Keyn, 13. Son, 74 – Jota, 35. Robertson, 69. 18 dekabr

Lids – Arsenal 1:4 Qollar: Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər