İPL: "Çelsi" büdrədi, "Liverpul" "sağsağanlar"a xal vermədi

İPL: "Çelsi" büdrədi, "Liverpul" "sağsağanlar"a xal vermədi

Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci tur yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş reallaşıb.

“Çelsi” öz meydanında “Everton”u məğlub edə bilməyib. “Liverpul” isə evdə “Nyukasl”ı inamla üstələyib.   Bu tur keçirilməli olan “Brentford” – “Mançester Yunayted”, “Börnli” – “Uotford” və “Lester Siti” – “Tottenhem” matçları qonaq komandaların heyətində koronavirusa yoluxanların sayı çox olduğu üçün təxirə salınıb.

İngiltərə Premyer Liqası 17-ci tur

16 dekabr   Çelsi – Everton 1:1 Qollar: Maunt, 70 – Brentueyt, 74.   Liverpul – Nyukasl 3:1 Qollar: Jota, 21. Salah, 25. Aleksandr-Arnold, 87 – Şelvi, 7.

14 dekabr

Norviç Siti – Aston Villa 0:2 Qollar: Remsi, 34. Uotkins, 87.

Mançester Siti – Lids 7:0 Qollar: Foden, 8. Qriliş, 13. De Bröyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.

15 dekabr

Brayton – Vulverhempton 0:1 Qol: Saiss, 45+1.   Kristal Pelas – Sauthempton 2:2 Qollar: Zaha, 2. Ayyu, 65 – Uord-Prauz, 32. Broya, 36.   Arsenal – Vest Hem 2:0 Qollar: Martinelli, 48. Smit Rou, 87.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər