İngiltərə - Azərbaycan oyununu kim idarə edəcək?

İngiltərə - Azərbaycan oyununu kim idarə edəcək?

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunun oyunlarını idərə edəcək hakimlərin adları açıqlanıb. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı 7-ci qrupun oyunlarına təyinatlar müəyyənləşib. 

Fransada keçiriləcək qrupun ilk turunda meydan sahibləri ilə qarşılaşacaq millimizin ilk oyununu çernoqoriyalı Nikola Dabanoviç idarə edəcək. Yığmamızın İngiltərə və Danimarka ilə matçlarında ədləti isveçrəli Adrien Jakkottetin başçılıq etdiyi briqada qoruyacaq.

26 mart

22.30 Fransa - Azərbaycan

Hakimlər: Nikola Dabanoviç, Qortse Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Jobin, Adrien Jakkottet (hər ikisi İsveçrə).

Sent-Lo. "Luis Villemer" stadionu.

 

28 mart

21.30 İngiltərə – Azərbaycan  

Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).

Bayo. "Anri Jane" stadionu.

 

31 mart

22.00 Azərbaycan – Danimarka

Hakimlər: Adrien Jakkottet, Vital Jobin (hər ikisi İsveçrə), Stefan Luzi, Benua Miyo (hər ikisi Fransa).

Flers. "Stad de Haz" stadionu.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər