2016-cı il. Yay Olimpiya Oyunlarına sayılı günlər qalıb. Taekvando üzrə Azərbaycan milli komandası I Avropa Oyunlarında tarixi uğura imza atdıqdan sonra, 4 illiyin ən mötəbər turnirində də eyni uğuru təkrarlayacağına heç kim şübhə etmir.
Ağırlıqqaldıranlarımız da mötəbər yarışa tam hazırdılar. Ən azından 6 medal qazanmağı hədəfləyən atletlərimiz bu dəfə bolqar yox, afrikalı idmançılara üstünlük veriblər.
Güləş yığmamız isə ənənəvi olaraq, dünyaya meydan oxuyacaq. Dağıstanlı idmançılar sağ olsunlar. Şərif Şərifovun davamçılarına nə gəlib ki?!
Boks ənənəmiz də ki, öz yerində. "Baku Fires" komandasının qucaq açdığı rusiyalı boksçular da üçrəngli bayrağımızla qürur duyacaqlar.
Artıq "milli" yüngül atletlərimiz də öz sözlərini beynəlxalq arenada deməkdədirlər. Xüsusilə Hayle İbrahimov haqda yüksək fikirlər irəli sürmək olar.
Bir sözlə Azərbaycan idmançıları Olimpiya Oyunlarına hazırdılar. O ki qaldı azərbaycanlı idmançıların gəlmələrə görə Olimpiadalarda iştirak etməməsinə, buna kədərlənməyə dəyməz. Axı əsas odur ki, Azərbaycan hər sahədə olduğu kimi, idmanda da eyni uğurları təkrarlayır.
Fanat.az