II Liqa: "Füzuli" büdrədi, "Baku Sportinq" fərqi artırdı

II Liqa: "Füzuli" büdrədi, "Baku Sportinq" fərqi artırdı

Azərbaycan II Liqasıda 23-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, lider "Baku Sportinq"lə ən yaxın izləyicisi "Füzuli" arasında xal fərqi artıb.

Bakılılar darmadağınla liderliyini möhkəmləndiribsə, bölgə təmsilçisi "Şahdağ Qusar"la matçda büdrəyərək geri düşüb.

II Liqa 23-cü tur 29 aprel

“Baku Sportinq” – “Kür-Araz” 5:0 Qollar: Elməddin Hüseynzadə, 31. Röyal Nəcəfov, 42; 79. Comərd Baxşəliyev, 45. Məhəmməd Xəlilov, 83.

“Lerik” – “Kürmük Qax” 2:0 Qollar: Rəvan Quluzadə, 8; 35.

“Şəmkir” – “Göygöl” 3:0 Qollar: Məzahir Əhmədov, 31. Hikmət Verdiyev, 57-pen. Kənan İbişov, 70.

“Şəki Siti” – “Cəbrayıl” 1:3 Qollar: Tural Məmmədzadə, 33-pen. Tapdıq Əhmədov, 12. Elşad Əliyev, 13. Nurlan Quliyev, 85.

30 aprel

“Ağdaş” – “Qusar” 1:3 Qollar: Azad Əzimli, 77 – Vüqar Əşrəfli, 34. Firdovsi Kazımov, 63. Firudin Ağalarov, 87. Ağdaş şəhər stadionu, 16:00.

“Şəfa” – “Dinamo” 2:1 Qollar: Loğman Əliyev, 10. İlkin Mikayılov, 32 – İntiqam Məmmədov, 45+2-pen. Binə qəsəbə stadionu, 16:00.

“Şahdağ Qusar” – “Füzuli” 3:3 Qollar: Famil Camalov, 13. Salman Atluxanov, 20. Tural Qurbatov, 85 – Elvin Nəsibov, 31. Ceyhun Cavadov, 52. Emin Quliyev, 90+9-pen. Şamaxı OİK stadionu, 16:30.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər