I Liqa: Tur Şamaxıda start götürəcək

I Liqa: Tur Şamaxıda start götürəcək

Bu gün Azərbaycanın I Liqasında IV tur start götürəcək. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək tura cümə günü yekun vurulacaq. 

Turun  açılış oyunu Şamaxıda baş tutacaq. Ev oyunlarını burada keçirən "Şahdağ Qusar" "Mingəçevir"i sınağa çəkəcək. Oyun saat 15:00-da başlayacaq.

Üç turdan sonra hesabında 6 xal olan "Mingəçevir" 4-cü pillədə qərarlaşıb. Cəmi 1 qələbə qazanan "Şahdağ Qusar" isə 6-cı yerdədir.

Azərbaycan I Liqası IV tur 1 oktyabr  15.00. “Şahdağ Qusar” – “Mingəçevir” Hakimlər: Şamil İmanzadə, Samir Qaracayev, Nurlan Əhmədzadə, Rövşən Rəcəbov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər