I Liqa: "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"a 1 qol bəs etdi

I Liqa: "Karvan-Yevlax"dan darmadağın, "Şahdağ Qusar"a 1 qol bəs etdi

Bu gün Azərbaycan 1-ci Liqasında çempionat start götürüb. 

Fanat.Az xəbər verir ki, 1-ci turun açılış günündə 3 oyun baş tutub. 

İlk gündə iddialılar meydana çıxıblar. Çempionluğa iddialı MOİK güclənən "Şahdağ Qusar"la üz-üzə gəlib. Qonaqlar minimal hesablı qələbə qazanıblar. "Baku Sportinq" isə "Karvan-Yevlax"a məğlub olub. Turun daha bir prinsipial qarşılaşmasında "Xankəndi" ilə "Səbail" münasibətlərinə aydınlıq gətiriblər. Matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, turun 2 oyunu (“Şimal” – “Gəncəbasar” və “Mingəçevir” – “Zaqatala”) sabah keçiriləcək.      Azərbaycan 1-ci Liqası 1-ci tur  3 sentyabr

MOİK – “Şahdağ Qusar” 0:1

Qol: J.Zenqo, 14. Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Binə qəsəbə stadionu.

“Baku Sportinq” – “Karvan-Yevlax” 0:3

Qol: S.Abdullayev, 4. E.Bayramov, 54. E.Sillas, 80. Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev. Hakim-inspektor: Şahin Cəfərov. AFFA nümayəndəsi: Namiq Əliyev. “Baku Sportinq Arena”.

“Xankəndi” – “Səbail” 1:1

Qollar: M.Musazadə, 33. - R.Seyidov, 13. Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Novruz Əzimov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər