I Liqa: Elşad Tağıyevin het-triki "Baku Sportinq"ə 3 xal qazandırdı

I Liqa: Elşad Tağıyevin het-triki "Baku Sportinq"ə 3 xal qazandırdı

 

Azərbaycan I Liqasında 25-ci tura bu gün yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Şamaxıda baş tutub.

"Cəbrayıl" Premyer Liqaya can atan "Baku Sportinq"i qəbul edib. Paytaxt təmsilçisi səfərdən 3 xalla dönərək pley-offda oynamaq şansını davam etdirib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şahdağ Qusar" "Mingəçevir"i (2:0), "Səbail" "Zaqatala"nı (3:0) üstələyib, “Şimal” – MOİK (1:1) və “Difai” – “Şəfa” (0:0) görüşlərində isə qalib müəyyənləşməyib.  

Azərbaycan I Liqası 25-ci tur 7 may  

“Cəbrayıl” – “Baku Sportinq” 2:3

Qollar: D.Açimi, 23. A.Dauda, 65. - E.Tağıyev, 28, 70, 86. Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Rüfət Əmirov. Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər