I divizionda XXII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün son 3 görüş keçirilib.
Lider MOİK "Keşlə"nin ikinci komandasını məğlub edərək, izləyicisi ilə fərqi qoruyub. Bununla "hərbçilər" eyni zamanda Premyer Liqaya vəsiqə qazanıb. Məsələ burasındadı ki, çempionatın əsasnaməsinə görə, I divizionda əvəzedici heyətlər istisna olmaqla, ən yüksək yer tutan komanda Premyer Liqaya adlayır. MOİK isə mövsümün sonuna 4 tur qalmış bu baxımdan əsas rəqibi "Zaqatala"nı 14 xal qabaqlayır.
MOİK elitaya növbəti dəfə vəsiqə əldə etməsinə baxmayaraq, AFFA-nın lisenziyalaşdırma prosedurlarını uğurla keçməsə, yenə ora buraxılmayacaq.
Günün digər oyunlarında "Qaradağ Lökbatan" "Səbail-2"yə 3:2, "Zirə-2" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun 4 qarşılaşması dünən baş tutub. "Qarabağ-2" "Neftçi-2"ni 2:1, "Zaqatala" "Ağsu"nu 4:2, "Sumqayıt-2" "Sabah-2"ni 4:1, "Şüvəlan" isə "Kəpəz"i 4:0 hesabı ilə yenib.
I divizion
2018/19 mövsümü
11 aprel
Qarabağ-2 - Neftçi-2 2:1
Qollar: Musa Qurbanlı, 55. Rauf Hüseynli, 90+8 - Ruslan Abışov, 45.
Ağsu - Zaqatala 2:4
Qollar: Ceyhun Rəcəbli, 37. Nicat Əhmədov, 41 - Maqsud Ələkbərov, 8. Roini İsmayılov, 25. Cavad Kazımov, 43. Elşad Əliyev, 57.
Sumqayıt-2 - Sabah-2 4:1
Qollar: Səbuhi Abdullazadə, 40. Ülvi Əliyev, 82. Fərid Kəzimzadə, 90+3-pen. Məhəmməd Alıyev, 90+6 - Samir Məmmədov, 8.
Şüvəlan - Kəpəz 4:0
Qollar: Tural Qürbətov, 16, Akif Tağıyev, 33-pen, Murtazəli Abakarov, 45+4, Kənan Mirzaliyev, 87.
12 aprel
MOİK - Keşlə-2 2:1
Qollar: Orxan Həsənov, 16. İbrahim Qədirzadə, 63 - Nurlan Quliyev, 74.
Səbail-2 - Qaradağ Lökbatan 2:3
Qollar: Ruslan Hacıyev, 35. Aslan Hüseynov, 42 - Rövşən Şahmuradov, 45. Aqşin Muxtaroğlu, 52-pen. Emin Mehtiyev, 53.
Zirə-2 - Turan Tovuz 2:1
Qollar: Nurlan Rzazadə, 16; 28 - İlkin Sadıqov, 13-pen.
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
MOİK |
22 |
18 |
2 |
2 |
46:16 |
56 |
|
|
2 |
Sumqayıt-2 |
22 |
16 |
2 |
4 |
56:23 |
50 |
|
|
3 |
Neftçi-2 |
22 |
13 |
3 |
6 |
41:25 |
42 |
|
|
4 |
Zaqatala |
22 |
12 |
6 |
4 |
39:23 |
42 |
|
|
5 |
Sabah-2 |
22 |
10 |
5 |
7 |
22:15 |
35 |
|
|
6 |
Keşlə-2 |
22 |
10 |
3 |
9 |
34:27 |
33 |
|
|
7 |
Qarabağ-2 |
22 |
11 |
3 |
8 |
39:25 |
36 |
|
|
8 |
Şüvəlan |
22 |
8 |
7 |
7 |
27:24 |
31 |
|
|
9 |
Qaradağ L. |
22 |
9 |
3 |
10 |
21:26 |
30 |
|
|
10 |
Səbail-2 |
22 |
6 |
2 |
14 |
29:50 |
20 |
|
|
11 |
Kəpəz |
22 |
4 |
7 |
11 |
14:29 |
19 |
|
|
12 |
Turan T. |
22 |
5 |
1 |
16 |
22:43 |
16 |
|
|
13 |
Zirə-2 |
22 |
5 |
1 |
16 |
19:46 |
16 |
|
|
14 |
Ağsu |
22 |
2 |
5 |
15 |
16:52 |
11 |
|
|
Bombardirlər |
Raul Yaqubzadə (MOİK) - 20. Cavad Kazımov (Zaqatala) - 17. İbrahim Əliyev (Sumqayıt-2) - 11. |
|||||||
|
Qeyd |
VI, VIII turda "Səbail-2"yə, X turda isə "Zirə-2"yə 0:3 hesablı texniki məğlubiyyət verilib. |
|||||||
Fanat.Az