“Beşiktaş” Cermeyn Lensi rənglərinə bağlayıb. Fanat.AzTürkiyə mətbuatına istinadən xəbər verir ki, “qartallar" bu keçidə görə “Sanderlend”ə 5 milyon avro ödəyəcək.
2016/17 mövsümündə icarə əsasında “Fənərbaxça”da top qovan 30 yaşlı futbolçu 5 illik müqaviləyə imza atıb. Lens “Beşiktaş”da ildə 2,2 milyon avro maaş alacaq.
Qeyd edək ki, artıq İstanbul klubu da transferin reallaşdığını ictimaiyyətə rəsmən açıqlayıb.
Fanat.Az