Həmyerliləri getdi, Reynaldo Bakıda qaldı

Həmyerliləri getdi, Reynaldo Bakıda qaldı
"Qaraba"ın iki futbolçusu Azərbaycanı tərk edib. Fanat.az xəbər verir ki, Riçard Ameyda və Çumbinyo ölkəmizdən gedib.
"Qarabağ" çempionluğu rəsmiləşdirdiyindən Qurban Qurbanov qarşıdakı iki oyunda gənclərə və ehtiyatda qalan futbolçulara şans verəcək. Bu səbəbdən baş məşqçi uzaq yol qət edəcək braziliyalılara erkən istirahət verib.
Həmyerlilərindən fərqli olaraq millimizə namizəd hesab olunan Reynaldo Silva Bakıda qalıb. Hazırda 22 qolla Premyer Liqanın bombardirlər yarışına başçılıq edən "sambaçı" qol sayını artıraraq mövsümün bombardiri hesab olunur. O, bu səbəbdən Bakıda qalaraq son 2 oyunda iştirak etmək niyyətindədi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər