Çempionlar Liqasının qrup oyununda “Porto” üzərində səfər qələbəsi qazanan (3:1) “Beşiktaş” heyətini gücləndirməyə hazırlaşır. Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qartallar” yeni hücumçu transfer edəcək.
Yarımmüdafiəçi Atiba Hatçinsonun bir ay əvvəl kluba məsləhət gördüyü Kanada yığmasının forvardı Kayl Larinlə danışıqlar müsbət nəticələnib. 22 yaşlı futbolçu yanvarda "Beşiktaş"a havayı qismət olacaq. Onun hazırkı klubu “Orlando” ilə müqavilə müddəti dekabrın sonunda başa çatacaq. “Orlando” rəhbərliyinin yeni müqavilə təklifini rədd edən Larin “Beşiktaş”la 4,5 illik sözləşməni razılaşdırıb. Gənc oyunçunun illik məvacibi 600 min avro təşkil edəcək.
Qeyd edək ki, Kayl “Orlando”nun heyətində bu mövsüm çıxıdığı 24 çempionat matçında 11 qol vurub.
Fanat.Az