Hakimlərimiz "Bakı-2015"ə hazırlaşır

Hakimlərimiz "Bakı-2015"ə hazırlaşır

Gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri içərisində velosiped (şosse, MTB və BMX) də var. Fanat.az xəbər verir ki, bununla əlaqədar "Bakı-2015"in Təşkilat Komitəsi, eləcə də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə hakimər üçün xüsusi kurslar keçirilib.

İlk Avropa Oyunlarının proqramına daxil olan idman növləri arasında ilk kurslar məhz AzVİF-in təşəbbüsü ilə baş tutub və bu tədbirdə federasiyanın 17 nümayəndəsi iştirak edib. Kurslara "Bakı-2015"in Təşkilat Komitəsinin üzvü, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) beynəlxalq dərəcəli hakimi Vladimiros Petsas rəhbərlik edib.

3 gün davam edən tədbirin yekunu olaraq götürülən imtahanların nəticəsi ürəkaçan olub - federasiyamızın bütün üzvləri imtahanlardan uğurla keçiblər. Bu isə onlara Bakı-2015-in velosiped yarışlarında hakimlik etməyə imkan verir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər