Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Sky Sports" saytı: "Çelsi" Barselona"dan qabonlu hücumçu Pyer-Emerik Aubameyanqı transfer etməyə yaxındır. Danışıqlar artıq yekunlaşıb".
"The Athletic" nəşri: "Nottingem Forest" "Tottenhem"in sol cinah müdafiəçisi Serxio Reqilonu icarəyə götürməyi düşünür".
David Ornşteyn, insayder: "Lids" keçən həftə "Nyukasl"ın Cek Harrison üçün ikinci təklifini rədd edib".
"Sky Sports" saytı: "Uotford"un seneqallı futbolçu İsmaila Sarrın "Aston Villa"ya keçidi baş tutmadı. Daha əvvəl klublar 25 milyon funt sterlinqlik razılığa gəlmişdilər".
BBC Sport telekanalı: "Aston Villa"nın futbolçusu Kortni Hausun icarə əsasında "Uotford"a keçməsi hələ də mümkündür".
"Sky Germany" saytı: "Bütün söz-söhbətlərə rəğmən Kristian Pulişiç "Çelsi"də qalacaq".
"The Mirror" nəşri: "Mançester Yunayted" Antoninin transferi üzərində çox çalışır".
Canluka Di Martsio, insayder: "Sassuolo" ötən mövsümü icarə əsasında "Venetsiya"da keçirmiş "Çelsi"nin uelsli futbolçusu İtan Ampadunu heyətinə qatmaq istəyir".
Emin Şəmsiyev