Günün transfer xəbərləri: "Çelsi"nin "vunderkind"i kimin hədəfində?

Günün transfer xəbərləri: "Çelsi"nin "vunderkind"i kimin hədəfində?
Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.   
"Goal" idman xəbəri portalı: "Bavariya" "Çelsi"nin 16 yaşlı istedadlı futbolçusu Emran Soqlonu (Emran Soglo) heyətinə qatmaq üzrədir. 
Həm müdafiə, həm də yarımmüdafiədə oynaya bilən gənc futbolçu hazırda Münhendə klubun U-17 komandası ilə məşq edir".
 
"Calcio Mercato" idman qəzeti: "Son iki mövsünü "Valensiya" və PSJ-də icarə əsasında keçirən "Roma"nın futbolçusu Alessandro Florenzi İtaliya klubunu birdəfəlik tərk etmək niyyətindədir. 30 yaşlı yarımmüdafiəçi "Sevilya" və "Atalanta"nın maraq dairəsindədir.
Baş tutmuş transfer xəbərləri:
 
Hoakim Andersen (Joakim Andersen) (25 yaşlı danimarkalı müdafiəçi)
"Lion"dan (Fransa)  "Kristal Palas"a (İngiltərə) keçidi baş tutub
Transfer məbləği 17,5 milyon avro olan 5 illik müqavilə imzalanıb.
Patrik van Anholt (Patrick van Aanholt) (Niderlandlı müdafiəçi)
"Kristal Palas"dan (İngiltərə)  "Qalatasaray"a (Türkiyə) keçidi baş tutub
Azad agent qismində gələn futbolçu 2024 -cü ilin iyun ayına qədər müqavilə imzalayıb. Bir həftə əvvəl danışıqlar yaxşı istiqamətdə getməsə də sonda razılaşma reallaşıb.
 
Günün transfer xəbərləri: "Çelsi"nin "vunderkind"i kimin hədəfində? 
Marko Piatsa (Marko Piazza) (26 yaşlı xorvatiyalı vinger)
"Yuvetus"dan (İtaliya)  "Torino"ya (İtaliya) keçidi baş tutub.
Satın alma hüququ ilə 30 İyun 2022-ci ilə qədər icarədə əsasında oynayacaq. Piatsa 2016-cı ildən "Yuventus" da çıxış edir. Futbolçu 2019/2020 mövsümünü icarə əsasında "Anderlext"də keçirib.
Mixail Merkulov (27 yaşlı rusiyalı müdafiəçi) 
"Rubin"dən (Rusiya)  "Ryeka"ya (Xorvatiya) keçidi baş tutub.
Transfer məbləği 500 min avro təşkil edən futbolçu 2 illik müqavilə imzalayıb.
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər