Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Kleman Brussa (RMC): "Monako" və "Real Madrid" Orelyen Tçuameninin 80 milyon avro (+ 20 milyon bonus) qarşılığında transferini razılaşdırmağa yaxındır. Bu həftə klubların razılaşaraq hər şeyi yekunlaşdıracağı gözlənilir".
"The Athletic" nəşri: "Liverpul" Manenin transferindən almaq istədiyi təzminat məbləğini açıqlayıb. İngiltərə Premyer Liqasının vitse-çempionu seneqallı futbolçunu 50 milyon avro qiymətləndirir. Öz növbəsində "Bayern Münhen" Sadionu 30 milyona almağa hazır olduğunu açıqlayıb".
"Calciomercato" nəşri: "Roma" "Sassuolo"nun yarımmüdafiəçisi Davide Frattezini heyətinə qatmağa cəhd edir. Futbolçunun indiki klubu ilə 4 illik müqaviləsi var. Ancaq "Sassuolo" onu arzuladığı məbləğə satmağın əleyhinə deyil".
"L'Equipe" nəşri: "Barselona" "Monako"nun ulduzu Vissam Ben Yedderi transfer etməyi düşünür. Fransalı futbolçu da "Kamp Nou"da oynamaq niyyətindədir".
"Rijnmond" saytı: "Feyenoord" bu yay icarədə olan belçikalı hücumçusu Siril Desseri itirmək riski ilə üzləşib. Niderland klubu “Genk”ə məxsus futbolçunu 4 milyon avroya ala bilər, lakin indiyədək onunla maaş məsələsində razılaşa bilməyiblər".
"The Guardian" nəşri: "Real Madrid" və "Çelsi" "Mançester Siti"nin hücumçusu Rahim Sterlinqlə maraqlanır. Klublar ingiltərəli futbolçunun Mançester klubundakı mövqeyini izləyir. Onun müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır".
"Calciomercato" nəşri: "Atalanta" "Yuventus"dan icarəyə götürdüyü müdafiəçini - Merih Demiralı transfer etmək istəyir. Berqamo klubu türk futbolçunu transfer etmək üçün təxminən 20 milyon avro ödəməli olacaq".
"Reyncers" klubunun rəsmi saytı: "Stiven Devis "Reyncers"lə müqaviləsini 2022/23 mövsümünün sonuna qədər uzadıb".

Baş tutmuş transfer xəbərləri:
Mateo Baraç (27 yaşlı müdafiəçi)
"Soçi"dən (Rusiya) "Krilya Sovetov" (Rusiya) klubuna transfer olunub. Futbolçu ilə klub arasında 2 illik müqavilə imzalanıb.
Vladis-Emmerson (26 yaşlı müdafiəçi)
"SKA-Xabarovsk"dan (Rusiya) "Ural"a (Rusiya) keçib. Futbolçu ilə klub arasında 5 illik müqavilə imazalanıb.

Hrvoe Smolçiç (21 yaşlı müdafiəçi)
"Riyeka"dan (Xorvatiya) "Ayntraxt Frankfurt"a (Almaniya) keçib. Transfer məbləği 2 milyon avro olan futbolçu klubla 5 illik müqavilə imzalayıb.

Filip Uremoviç (25 yaşlı müdafiəçi)
"Rubin"dən (Rusiya) "Herta"ya (Almaniya) keçib. Berlin təmsilçisinə azad agent qismində qoşulan futbolçunun müqaviləsinin müddəti 2025/2026-cı illər mövsümünün sonuna qədər nəzərdə tutulub.

İvan Perişiç (33 yaşlı xorvat futbolçu)
"İnter"dən (İtaliya) "Tottenhem"ə (İngiltərə) keçib. Hotpur klubuna azad agent qismində qoşulan futbolçunun müqaviləsinin müddəti 2024/25-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Aleksandr Zotov (31 yaşlı yarımmüdafiəçi)
"Yenisey"dən (Rusiya) "Rubin"ə (Rusiya) keçib. Tatarıstan təmsilçisinə azad agent qismində qoşulan futbolçunun müqaviləsinin müddəti 2024/2025-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Valeri Çuperka (29 yaşlı yarımmüdafiəçi)
"Kuban"dan (Rusiya) "Rubin"ə (Rusiya) Tatarıstan təmsilçisinə azad agent qismində qoşulan futbolçunun müqaviləsinin müddəti 2024/2025-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Dmitri Kabutov (30 yaşlı yarımmüdafiəçi)
"Ufa"dan (Rusiya) "Rubin"ə (Rusiya) Tatarıstan təmsilçisinə azad agent qismində qoşulan futbolçunun müqaviləsinin müddəti 2025/2026-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.
Oleq İvanov (35 yaşlı yarımmüdafiəçi)
Ufa (Rusiya) - Rubin (Rusiya) Tatarıstan təmsilçisinə azad agent qismində qoşulan futbolçunun müqaviləsi bir il müddətinə nəzərdə tutulub.
Emin Şəmsiyev