Günün transfer xəbərləri: Fransa millisi Zidandan imtina etdi

Günün transfer xəbərləri: Fransa millisi Zidandan imtina etdi

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Marca": Argentina millisinin və "Atletiko Madrid"in müdafiəçisi Nauel Molina "Çelsi"nin maraq dairəsindədir. "Zadəganlar" onu zədəli olan Ris Ceymsə əvəzləyici olaraq görürlər. 

"Foot Mercarto": "Mançester Siti" "Layptsiq"in müdafiəçisi Yoşko Qvardiol üçün 100 milyon avro ödəməyə hazırdır. "Şəhərlilər" təklif etdikləri bu məbləğ ilə "Çelsi" və "Mançester Yunayted"i arxada qoyublar. Belə ki, "zadəganlar" Qvardiol üçün 95 milyon, "qırmızı şeytanlar" isə 90 milyon avro təklif edir. 

Ancaq futbolçunun xidmətində "Bayern Münhen" də maraqlıdır. Almaniya klubunun təmsilçisiləri Qvardiolun meneceri ilə görüşməyi planlaşdırırlar. 

Qeyd edək ki, "Real Madrid" ilə "Barselona" da Yoşkoya maraq duysalar da, yüksək məbləğdə ödəniş etmək fikrində deyillər. 

"Le Parisien": Fransa millisi baş məşqçi postuna Zinəddin Zidanı gətirmək fikrindən daşınıb. Hazırki çalışdırıcı Didye Deşam ən azı 2024-cü ilə qədər postunda qalacaq. Fransalı mütəxəssislə müqavilə yeniləcək və o, AVRO-2024-də yığmanın başında olacaq. 

İnsayder Fabritsio Romano: "İngiltərə Premyer Liqasının 2 klubu "Barselona"nın futbolçusu Memfis Depayı transfer etmədən vaz keçiriblər. "Arsenal" və "Mançester Yunayted" hücumçu ilə danışıqlar aparmırlar. Hazırda Depay ilə hər hansısa klub arasında danışıqlar getmir. Ancaq "Barselona" Memfisi satıb-satmağacağına qərar verməlidir". 

Röya Kərimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər