Günün transfer xəbərləri: "Çelsi"nin müştərilərinə son şans

Günün transfer xəbərləri: "Çelsi"nin müştərilərinə son şans

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"La Gazzetta dello Sport" nəşri: "Yuventus" "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç uğrunda mübarizədən qalib çıxmağa yaxındır. Yarımmüdafiəçi qışda İngiltərə Premyer Liqasının bir neçə top-klubu ilə danışıq aparırdı.

"Sky Sports" saytı: "Çelsi"ni almaq istəyənlərə qiymətləri açıqlamaq üçün son möhlət verilib. Onlar artıq gələn həftənin ikinci yarısında yekun təklifləri təqdim etməlidirlər. 

AS nəşri: Marko Asensio karyerasını “Milan”da davam etdirə bilər. "Qırmızı-qaralar"ın idarə heyəti iyunda transfer etmək üçün futbolçunun agentləri ilə danışıqlara başlayıb. Asensionun "Real Madrid"lə olan müqaviləsinin müddətinin bitməsinə 1 il qalıb.

"Bayern Münhen"in keçmiş müdafiəçisi Tomas Helmer: “Bu barədə bəzi məlumatlarım var. “Bayern Münhen” Manuel Noyer, Tomas Müller və Robert Levandovski ilə müqavilələri yeniləməyəcək. Bu, maliyyə baxımından mümkün deyil”.

Fabritsio Romano, insayder: "Liverpul" "Fulhem"in yarımmüdafiəçisi Fabiu Karvalyu ilə illik 5 milyon funt sterlinq (əlavə 2,7 milyon funt-sterlinq bonus) illik maaş qarşılığında razılığa gəlib. Müqavilənin müddəti 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulacaq. Tərəflər gələn ay münasibətləri rəsmiləşdirəcək. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər