Günün transfer xəbərləri: "Çelsi"nin gözü "Fulhem"in futbolçusunda

Günün transfer xəbərləri: "Çelsi"nin gözü "Fulhem"in futbolçusunda

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Mirror” nəşri: “Çelsi” “Fulhem”in gənc yarımmüdafiəçisi Lyuk Harrisi transfer etmək üçün danışıqlar aparır".

"La Gazzetta dello Sport" nəşri: "İnter Milan"ın müdafiəçisi Alessandro Bastoni eyni anda üç İngiltərə klubunun maraq dairəsindədir. 23 yaşlı futbolçunu "Mançester Siti", "Tottenhem" və "Mançester Yunayted" öz heyətində görmək istəyir".

Baş tutmuş transfer xəbərləri:

31 yaşlı braziliyalı yarımmüdafiəçi Allan "Everton"dan "Əl Vahda"ya (BƏƏ) keçib. Müqavilə 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər