Günün transfer xəbərləri: "Çelsi"nin futbolçusu La Liqada

Günün transfer xəbərləri: "Çelsi"nin futbolçusu La Liqada

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Evening Standart" nəşri: "Çelsi" Kalum Hodson-Odoinin icarə əsasında klubdan ayrılmasına icazə verəcək". 

"Sport ES" saytı: “Barselona” təmsilçiləri “Vilyarreal”ın argentinalı futbolçusu Xuan Foytun agenti ilə görüşüb".

"The Atletic" nəşri: "Kristal Pelas" "Uotford"un yarımmüdafiəçisi İsmayıl Sarrı transfer etmək istəyir".

İnsayder Canluka Di Martsiodan xəbərlər:

"Roma"nın baş direktoru Tiaqu Pintu Milana gəlib. Klub rəsmisi Eldor Şomurodov, Castin Klyuvert və Feliks Afena-Qyanın satışı ilə bağlı digər klublarla görüşəcək". 

"Milan" Frank Kesyeni "Midtyulland"ın futbolçusu Rafael Onedika ilə əvəzləyəcək".

"Domeniko Berardi çərşənbə günü "Sassuolo" ilə müqaviləsinin müddətini uzadacaq".

"Cakomo Raspadori "Napoli"yə getsə, "Sassuolo" "Loryen"dən Arman Loryanteni transfer etməyə çalışacaq".

Bulaye Dia, 1 milyon avroya icarə əsasında "Villarreal"dan "Salernitana"ya keçəcək.

Baş tutmuş transfer xəbərləri: 

19 yaşlı italiyalı sol cinah müdafiəçisi Destini Udodji 18 milyon avroya "Udineze"dən "Tottenhem"ə keçib.

25 yaşlı futbolçu Çarli Musonda "Çelsi"dən "Levante"yə keçib.

Ekvadorlu sol cinah müdafiəçisi Pervis Estupinyan 14 milyon funt sterlinqə “Vilyarreal”dan “Brayton”a keçib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər