Günün transfer xəbərləri: "Çelsi" yeni qapıçı alır

Günün transfer xəbərləri: "Çelsi" yeni qapıçı alır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Football Insider": "Çelsi" "Brentford"un qapıçısı David Rayaya elçi düşüb. İspaniyalı qolkiperin klubu ilə müqaviləsi gələn yay başa çatır. Bu səbəbdən "Brentford"un onu yayda satacağı bildirilir. 

Ancaq bu transferi həyata keçirmək "Çelsi" üçün elə də asan olmayacaq. Belə ki, Raya "Tottenhem" və "Mançester Yunayted"in də maraq dairəsindədir. 

"Tuttomercatoweb": "Yuventus" və "Bayer Leverkuzen" "Benfika"nın futbolçusu uğrunda mübarizə aparacaqlar. Onların hədəfi braziliyalı müdafiəçi Aleks Qrimanldodur. Futbolçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. 

Rəsmi: Qana millisinin yeni baş məşqçisi bəlli olub. Yığma komanda irlandiyalı mütəxəssis Kris Hyutona həvalə olunub. Lakin tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Rəsmi: “Bayer Leverkuzen” müdafiəçisi Pyero İnkapye ilə müqaviləni yeniləyib. 21 yaşlı ekvadorlu müdafiəçinin sözləşməsinin müddəti 2027-ci ilin yayınadək uzadılıb.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər