Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Sport ES" xəbər agetnliyi: "Brayton" "Barselona" hücumçusu Martin Breytueyti (Martin Braithwaite) almaq istəyir. Kataloniya klubu futbolçunun transferindən 13 milyon funt sterlinq qazanc əldə etmək niyyətindədir".
"The Daily Mail" qəzeti: "Liverpul" yeni müqavilə üçün Cordan Henderson (Jordan Henderson) ilə danışıqlara başlamağa planlaşdırır.
31 yaşlı futbolçunun carı müqaviləsi 2023-cü ildə başa çatır. Klub rəhbərliyi onun karyerasını "Liverpul"da bitirməsini istəyir".
"Sport ES" xəbəragetnliyi: "Lion" Samuel Yumtitini (Samuel Umtiti) "Barselona"dan icarəyə götürməyə hazırlaşır.
Fransız klubu futbolçuya maaşının yalnız 50 faizini verməyi təklif edir. İspaniya tərəfinin isə bu şərtə cavabı hələki məlum deyil".
"Sport ES" xəbəragetnliyi: "Barselona" Kleman Lanqle (Clément Lenglet) ilə yolları ayırmağa qərar verib. Klub onun satışı və ya icarəyə verilməsi üçün mümkün variant axtarır. Futbolçunun özü də "Barselona"da qalmaq istəmir".
"The Sun" qəzeti: "Erlinq Holannı (Erling Haaland) heyətinə qata bilməyən "Çelsi" "Bavariya"dan Robert Levandovskini (Robert Lewandowski) heyətinə cəlb etmək istəyir. "Zadəganların 32 yaşlı polşalı hücumçu üçün 50 milyon funt sterlinq təklif edəcəyini gözlənilir".
Baş tutmuş transfer xəbəri:
Kevin Qameyro (Kevin Gameiro) (34 yaşlı hücumçu)
"Valensiya"dan (İspaniya) - "Strasburq"a... (Fransa)
Azad agent. 2 illik müqavilə. Keçən mövsüm 27 oyuna 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Emin Şəmsiyev