Yay "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
Baş tutmuş transfer xəbərləri:
Martin Kaseres (Martin Caceres, 34 yaş)
"Fiorentina"dan (İtaliya) "Kalyari" (İtaliya) klubuna keçib.
Azad agent qismində keçən müqaviləsini 2021/22 mövsümünün sonuna qədər müqavilə imzalayıb. Ötən mövsüm keçirdiyi 31 oyuna 2 qol vurub və 1 məhsuldar ötürmə verib.
Dieqo Rossi (23 yaş)
"Los-Anceles"dən (ABŞ) "Fənərbağça"ya (Türkiyə) icarəyə verilib.
Futbolçu satın alma hüququ ilə 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq.
Maurisio Lemos (Mauricio Lemos, 25 yaş)
"Fənərbağça"dan (Türkiyə) "Berşot" (Belçika) klubua icarəyə verilib.
Futbolçu 2021/22 mövsümünün sonuna qədər icarədə olacaq.
Xəlil Dərvişoğlu (21 yaş)

"Brentford"dan (İngiltərə) "Qalatasaray"a (Türkiyə) icarəyə verilib.
2021/22 mövsümünün sonuna qədər icarədə olacaq.
Jerom Boatenq (Jerome Boateng, 32 yaş)

"Bayern Münhen"dən (Almaniya) "Lion"a (Fransa) keçib.
Azad agent qismində keçən futbolçu 30 iyun 2023-cü ilə qədər müqavilə imzalayıb.
Emin Şəmsiyev