Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Fabritsio Romano və Canluka Di Martsiodan xəbərlər:
"Yuventus" Leandro Paredeslə müqavilə imzalayacaq. Bu səbəbdən Adrian Rabyo klubu tərk etməlidir. "Mançester Yunayted" Rabyonun anası və eyni zamanda agenti ilə danışıqlar aparır".
"Çelsi" "İnter"in futbolçusu Çezare Kazadei ilə müqaviləni bu həftə yekunlaşacaq".
"Vulverhempton" "Sportinq"dən 45 milyon avroya Mateus Nunesi transfer edəcək".
"Mançester Yunayted" "Atletiko Madrid"in braziliyalı futbolçusu Mateus Kunyanın agentləri ilə danışıqlar aparır".
"Barselona" hücumçu Pyer-Emerik Obameyanqı 30 milyon avroya "Çelsi"yə satmağa hazırdır".
Baş tutmuş transfer xəbərləri:
27 yaşlı islandiyalı qapıçı Runar Aleks Runarsson "Arsenal"dan "Alanyaspor"a keçib. Futbolçu 2022/23-cü illər mövsümünün sonuna qədər yeni klubunda icarədə olacaq.
Emin