Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır. 

"Arsenal442.com" saytı: "Arsenal" Rafinyanın transferi rəsmiləşdirmək üçün çalışır. Klub yeni təklif planını yaxın günlərdə təqdim edəcək. "Arsenal" müqaviləni bu həftə bağlayacağına əmindir".

"SPORT" saytı: "Obameyanq bilir ki, "Barselona"nın Robert Levandovskini transfer edəcəyi təqdirdə, əsas heyətdəki yerini itirəcək. Xavi Obameyanqın ehtiyat oyunçular skamyasında faydalı olacağını düşünür".

"Sky Sports" saytı: “Vest Bromviç” Tom Lourensi transfer etmək üzrədir". 

"Caught Offside" saytı:  "Mançester Yunayted" əsas transfer hədəflərini müəyyənləşdirib. Bunlar “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq və “Ayaks”dan olan üç futbolçu - Yurien Timber, Lisandro Martinez və Entonidir". 

Evandro Ferreyra, Vaqner Lavın agenti: "Vaqner karyerasını Rusiyanın MOİK klubunda başa vurmağı düşünürdü. Moskvaya qayıtmağa yaxın idik, amma alınmadı. İndi onunla Braziliya, Türkiyə və Azərbaycan çempionatlarının klubları maraqlanır”.

"Sky Sport Deutschland" saytı: "Çelsi"nin baş məşqçisi Tomas Tuxel Neymarın performansını bəyənir. PSJ də onu buraxmağa hazırdır".

Fabritsio Romano, insayder: "Çelsi" Rahim Sterlinq üçün yeni təklif hazırlayıb. "Mançester Siti" onu satmağa hazırdır. Futbolçu özü də London klubuna keçməkdə maraqlıdır. Artıq şəxsi müqavilənin şərtləri müzakirə olunub". 

Caluka Di Martsio, insayder: "Yuventus" və Anxel Di Maria danışıqları davam etdirir. Yaxın günlərdə müqavilə imzalanacaq".

"Atletiko Madrid"in prezidenti: "Aksel Vitselin transferi demək olar ki, tamamlanıb".

Baş tutmuş transfer xəbərləri: 

"Milan"ın 24 yaşlı sabiq futbolçusu Hakim Mastur Mərakeşin "Zemamra" klubuna keçib. 

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

Qaret Beyl rəsmi olaraq "Los Anceles" klubunun futbolçusu kimi təqdim olunub. Müqavilə müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

Lorentso İnsinye Kanadanın "Toronto" klubunun oyunçusu kimi təqdim olunub.

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

28 yaşlı qapıçı Alessio Kranio icarə əsasında "Kalyari"dən "Monza"ya keçib.

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

"Sent-Etyen"in 31 yaşlı sabiq hücumçusu Vahbi Xəzri "Monpelye"yə keçib. O, ötən mövsüm 33 oyun keçirib və 10 qol vurub.

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

"Mançester Siti"nin 37 yaşlı sabiq yarımmüdafiəçisi Fernandinyo azad agent qismində "Atletiko Paranaense"yə keçib.

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

29 yaşlı qapıçı Alfons Areola PSJ-dən "Vest Hem"ə keçib.

Günün transfer xəbərləri: "Atletiko Madrid" və "Çelsi"dən şok transfer

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər