Günün transfer şayiələri: "Liverpul" "Çelsi"nin müdafiəçisini alır

Günün transfer şayiələri: "Liverpul" "Çelsi"nin müdafiəçisini alır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Football Insider": "Liverpul" "Sautqempton"un yarımmüdafiəçisi Romeo Laviya üçün irəli atılıb."Mersisaydlılar" 19 yaşlı belçikalı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır. Ancaq Romeonu transfer etmək "Liverpul" üçün elə də asan olmayacaq. Çünki gənc yarımmüdafiəçi ilə "Mançester Siti", "Arsenal" və "Çelsi" də maraqlanır. 

"Fichajes": "Arsenal" "Aston Villa"nın lideri Olli Uotkinsə elçi düşüb. "Topçular" yay transfer pəncərəsi dönəmində keçidi reallaşdırmağı planlaşdırır. "Arsenal" Olli uğrunda "Mançester Yunayted" və "Liverpul" ilə mübarizə aparmalı olacaq. 

"Football Insider": "Real Madrid" "Çelsi"nin müdafiəçisi Ris Ceymsi heyətinə cəlb etməyi planlaşdırır. Kral klubu Ris üçün 100 milyon avro ödəməyə hazırdır. Madrirlilər 23 yaşlı ingiltərəli müdafiəçini 31 yaşlı Dani Karvahala əvəzedici olaraq görürlər. 

"The Sun": "Mançester Yunayted" yarımmüdafiəçisi Ceydon Sançonu satmağı planlaşdırır. Çünki ingiltərəli futbolçunun çıxışı baş məşqçi Erik ten Haqı məyus edib. Klub Sançonun satışından əldə ediləcək məbləğə yeni "snayperçi" almağı düşünür. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər