Günün transfer şayiələri: Adam Traore La Liqaya qayıdır

Günün transfer şayiələri: Adam Traore La Liqaya qayıdır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Jurnalist Kristofer Mişel: "Ayntraxt" Ussem Auar ilə danışıqlar aparır. 24 yaşlı yarımmüdafiəçinin yayda klubu "Lion" ilə müqaviləsi başa çatır. Fransa millisinin üzvü yeni təklfilər gözləyir. 

"Sky Germany"nin əməkdaşı Florian Plettenburq isə artıq tərəflər arasında razılıq əldə olunduğunu, hətta Auarın tibbi yoxlanışdan keçdiyini yazıb.

"90min": "Atletiko Madrid" "Barselona"nın sabiq hücumçusu Adam Traore ilə danışıqlar aparır. "Vulverhempton"un üzvü mövsümün sonunda klubunu tərk etmək fikrindədir. 

"FCInterNews": "Lester" Roberto Qalyardiniyə elçi düşüb. 28 yaşlı yarımmüdafiəçinin klubu "İnter" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Baş məşqçi Simone İndzaqi ilə ulduzu barışmayan Roberto klubu tərk etmək niyyətindədir. Bu səbəbdən onun təkliflərə açıq olduğunu bildirilir. Lakin "Lester" işinə "Qalatasaray" mane ola bilər. Belə ki, İstanbul təmsilçisi də Qalyardininin xidmətində maraqlıdır. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər