Füzuli Məmmədov "Şahdağ Qusar"ın hazırlıq planını açıqladı: "Daha dörd transfer edəcəyik"

Füzuli Məmmədov "Şahdağ Qusar"ın hazırlıq planını açıqladı: "Daha dörd transfer edəcəyik"

1-ci Liqada çempionluğu hədəfləyən "Şahdağ Qusar"ın hazırlıq planı açıqlanıb.

Bu barədə Fanat.Az-a Qusar komandasının baş məşqçisi Füzuli Məmmədov məlumat verib:

"İyulun 20-də Bakıda toplaşacağıq. Gündə bir məşq nəzərdə tutulub. Hazırlığın Bakı mərhələsində 3 sınaq matçı keçirəcəyik. Avqustun 10-da isə Şamaxıya yollanacağıq. Şamaxı toplanışı çempionatın startına (1-ci Liqada mövsüm sentyabrın 3-də başlayacaq - red.) bir həftə qalmışa qədər davam edəcək. Hazırlığın ikinci mərhələsində də 3 yoxlama oyununa çıxacağıq. Rəqiblərin adına hələ aydınlıq gəlməyib".

Təcrübəli mütəxəssis heyətin tam formalaşmadığını da diqqətə çatdırıb: "Daha dörd transfer edəcəyik. Onlardan biri əcnəbi olacaq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər