Fransalı müdafiəçi Bakı klubundan gedir

Fransalı müdafiəçi Bakı klubundan gedir
"İnter"i tərk edəcək daha bir futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, bank klubu Brüs Abdullaye ilə yollarını ayıracaq.
Konqo əsilli fransalı müdafiəçinin müqaviləsi başa çatır. "İnter" ona yeni anlaşma təklif etməyəcək. Buna səbəb Brüsün baş məşqçi Kaxaber Tsxadadze ilə yola getməməsidi.
Qeyd edək ki, Abdulayev "İnter"ə 201-ci ildə Fransanın "Mets" klubundan gəlib. Ölkəmizdə 72 oyun keçirən 32 yaşlı müdafiəçi 2 qol vurub.
Onu da qeyd edək ki, "İnter"in mövsümün sonunda Samir Zərgərov, Elhad Nəziri, Asif Mirili, İvo Taborski, Dieqo Madriqal və Slavko Georgievski ilə yollarını ayıracağı gözlənilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər