İspaniyanın “Vilyarreal” klubu hücum xəttini gücləndirib.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi fransız hücumçu Tyerno Barrini heyətinə qatıb.
"Sarı sualtı qayıq" bu keçidi rəsmi saytı vasitəsilə elan edib. 21 yaşlı hücumçu "Vilyarreal"la 2029-cu ilin ortalarına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. La Liqa təmsilçisinin rəhbərliyi Barrinin transferi üçün İsveçrənin "Bazel" klubuna 14 milyon avro ödəyib.
Gənc hücumçu İsveçrə çempionatında bu mövsüm meydana çıxdığı 4 oyunda 5 qol vurub.
“Vilyarreal” növbəti matçını “Sevilya”ya qarşı keçirəcək.
Mirağa