Fransa təmsilçisi La Liqa klubunun qapıçısını bu qiymətə alır

Fransa təmsilçisi La Liqa klubunun qapıçısını bu qiymətə alır

"Malyorka"nın qapıçısı Dominik Qreyf karyerasını Fransada davam etdirəcək.

Fanat.Az "L'Equip"ə istinadən xəbər verir ki, slovakiyalı qolkiper "Olimpik Lion"a keçəcək.

Bonusları nəzərə almasaq, bu transfer Liqa 1 klubuna 4 milyon avroya başa gələcək. Onun "Lion" ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Qreyf ötən mövsüm La Liqa təmsilçisinin heyətində 32 matça çıxaraq 37 qola üzülüb. O, 7 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. 28 yaşlı futbolçunun "Malyorka" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Qreyfin transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər