Fransa nəhəngi koreyalı futbolçu ilə anlaşdı

Fransa nəhəngi koreyalı futbolçu ilə anlaşdı

PSJ "Malyorka"nın yarımmüdafiəçisi Li Kanq İni transfer edir.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu ilə müqavilənin şərtləri razılaşdırılıb. Anlaşma barədə detallar tam bəlli olmasa da, parislilərin koreyalı futbolçu ilə uzunmüddətli müqavilənin şərtlərini razılaşdırdığı bildirilir. PSJ Li Kanq İnin klubu ilə də danışıqlara start verib. Klublar tam razılığa gəlməyə yaxındırlar.

Koreyalı yarımmüdafiəçi 2021-ci ildən "Malyorka"da çıxış edir. 22 yaşlı futbolçu ötən mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 6 qol vurub, 7 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər