Fransa nəhəngi AL-in finalında het-trik edən futbolçu ilə güclənir - Danışıqlar başladı

Fransa nəhəngi AL-in finalında het-trik edən futbolçu ilə güclənir - Danışıqlar başladı

PSJ İtaliyanın "Atalanta" klubunun futbolçusu Ademola Lukmanı transfer etmək istəyir. 

Fanat.Az xəbər verir ki, bu barədə informasiyanı "Gazzetta" yayıb. 

Mənbənin məlumatına görə, Fransa nəhəngi son UEFA Avropa Liqasının finalında “Bayer”ə qarşı het-triklə yadda qalan futbolçunun agentləri ilə artıq əlaqə yaradıb.

26 yaşlı vingerin qiyməti 40 milyon avrodur. 

Lukman 2022-ci ildə "Leyptsiq"dən 9,4 milyon avroya "Atalanta"ya keçib. O, ötən mövsüm 45 oyun keçirib, 17 qol vurub və 10 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər